Xəbər lenti

Yeni ittifaq Yaxın Şərqi MƏHV EDƏCƏK – Savaş bu ÖLKƏYƏ KEÇİR

Səudiyyə Ərəbistanında noyabrın 4-dən bəri davam edən həbslərə paralel olaraq, İran və Livana qarşı səsləndirilən sərt bəyanatlar və Səudiyyənin vətəndaşlarınını Livanı tərk etməyə çağırması Yaxın Şərqdə yeni bir ittifaqın xəbərçisi ola bilər.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, İranın İraq, Suriya və Livanda artan təsirinə qarşı Səudiyyə Ərəbistanı-İsrail ittifaqının yaradılmasının mümkünlüyü artıq açıq şəkildə dilə gətirilir.

İsrailin təhsil naziri, “Yəhudi Evi Partiyası”nın lideri, ifrat sağçı siyasətçi Nafta Bennett dünənki açıqlamasında İsrailin 2 hədəfinin olduğunu bildirib. Onun sözlərinə görə, bu hədəflər İranın bölgədə hakim mövqeyə gəlməsinin qarşısını almaq və regiondakı güclü oyunçularla ittifaqlar qurmaqdır. Bennett çıxışında Səudiyyə Ərəbistanının adını çəkməsə də, İsrail mediası hesab edir ki, İrana qarşı İsrail-Səudiyyə Ərəbistanı ittifaqının qurulması ehtimalı getdikcə artır.

“Jerusalem Post” qəzeti İsrailin keçmiş müdafiə maziri Moşe Yaalonun “İsrail ilə sünni ərəb ölkələri İranın nüvə təhdidinə qarşı birləşə bilər” sözlərini xatırladıb.

Bir-birini diplomatik olaraq tanımayan Səudiyyə Ərəbistanı ilə İsrail arasındakı yaxınlaşma ABŞ prezidenti Donald Trampın may ayında hər iki ölkəyə etdiyi səfərlərlə başlanıb. Tramp mayınn 20-də Ər-Riyaddan İsrailə uçan ilk prezident oldu. İsrailin baş naziri Benyamin Netanyahu da bu məqama toxunaraq, bir gün İsrailin baş nazirinin Təl-Əvivdən Ər-Riyada uçacağıan ümid etdiyini dilə gətirib.

İsrail mətbuatının yazdığına görə, mümkün ittifaqda Təl-Əvivin payı Livanın hərbi və siyasi olaraq ən güclü qrupu olan “Hizbullah” təşkilatına qarşı keçirilən əməliyyatdan ibarət ola bilər.

“Səudiyyə Ərəbistanı döyüş meydanını Suriyadan Livana keçirmək niyyətindədir. Ərəbistan İrana qarşı yeni bir cəbhə açır və İsrailin Livanı vurmasını istəyir", - “Haaretz” nəşri yazıb.

Son aylarda Livan sərhədinə yaxın ərazilərdə genişmiqyaslı təlimlər keçirən İsrailin İran tərəfindən dəstəklənən “Hizbullah”a qarşı 2006-cı ildən sonra yeni bir müharibəyə hazırlaşdığı təxmin edilir.

“Hizbullah” təşkilatının lideri Həsən Nəsrullah da eyni fikirdədir. Livanın baş naziri Saad Həririnin Səudiyyə Ərəbistanının təzyiqi ilə istefa verdiyini deyən Nəsrullah Ər-Riyadın İsraili “Hizbullah”a qarşı müharibə elan etməyə məcbur etdiyini vurğulayıb.

Analitiklər qeyd edirlər ki, Səudiyyə Ərəbistanı-İsrail ittifaqı Yaxın Şərqdə bütün tarazlıqları dəyişdirə bilər.




Ana səhifəyə qayıt        Baxış: 1 108          Tarix: 11-11-2017, 16:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma