Xəbər lenti

Bu gün Rumıniya və ABŞ hökumətləri arasında “hava-yer” tipli 7 ədəd “Patriot” zenit-raket kompleksinin (ZRK) alınması ilə bağlı müqavilə imzalanacaq.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, bu barədə Rumıniyanın müdafiə naziri Mihai Fifor məlumat verib.

Nazir əlavə edib ki, artıq 2019-cu ilin ikinci yarısında Rumıniya ordusu “Patriot” ZRK-ları ilə təchiz ediləcək. Sözügedən raket sisteminin dördü hərbi-hava qüvvələri, üçü isə quru qoşunlarının arsenalına daxil ediləcək. “Patriot” ZRK-larının alınması dövlət büdcəsinə təqribən 4 milyard dollara başa gələcək. Rəsmi Buxarest 910 mln. dollar həcmində ilk tranşı strateji tərəfdaşı olan ABŞ-a dekabr ayında ödəyəcək.

“Patriot”un alınması ilə bağlı qanun layihəsi Rumıniya parlamenti və ölkə prezidenti tərəfindən təsdiq edilib.




Ana səhifəyə qayıt        Baxış: 938          Tarix: 29-11-2017, 12:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma