Xəbər lenti

İraqda İŞİD terror təşkilatı üzərində qələbə münasibətilə parad və aviaşou keçirilib.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, Bağdadda hökumət orqanlarının və diplomatik missiyalarının yerləşdiyi "yaşıl zona"da təşkil edilmiş təntənəli mərasimdə baş nazir və hərbi qüvvələrin komandanı Heydər əl-Abadi, səlahiyyətli şəxslər, diplomatik missiyaların nümayəndələri iştirak edib.

Paradda İraqın Hərbi Qüvvələrinin hissələri ilə yanaşı, polis dəstələri, həmçinin "Xaşdi Şabi" qoşunu iştirak edib.

Qeyd edək ki, bir gün əvvəl İraqın hökumət başçısı İŞİD terrorçuları üzərində qələbəni rəsmən elan edib.

Dekabrın 10-u ölkədə qeyri-iş günü elan olunub.




Ana səhifəyə qayıt        Baxış: 564          Tarix: 11-12-2017, 13:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma