Xəbər lenti

                                             

Rusiyanın Kamçatka diyarının məhkəməsi fərdi sahibkar, Petropavlovsk-Kamçatski şəhər dumasının deputatı, 55 yaşlı Sargis Saroyanı müflis elan edib. Saroyanın müflis edilməsi barədə iddia ərizəsini sahibkar Rahib Azərbaycan oğlu Salmanov verib.

Saroyan barəsində borcların 4 ay ərzində restrukturizasiyası ilə bağlı qərar qəbul edilib, eyni zamanda fərdi sahibkara maliyyə idarəedicisi təyin olunub.

“Kamçatka-İnform” yazır ki, 2013-cü ildə Rahib Salmanov deputata 55,5 kvadrat metr sahəsi olan ticarət pavilyonu satıb. Sövdələşmənin məbləği 16,5 milyon rubl təşkil edib. Bu məbləğdən sahibkar yalnız 11 milyon 274 min rubl ala bilib. Yerdə qalan məbləği isə alıcı tərəf ödəmək istəməyib. Bununla bağlı Salmanov məhkəməyə müraciət edib. İddia məbləği 7,7 milyon rubl (5,2 milyon rubl əsas borc + 2,4 milyon rubl 2,5 il ərzində yığılmış borc faizi) olub.//Virtualaz.org 




Ana səhifəyə qayıt        Baxış: 724          Tarix: 14-12-2017, 22:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma