Xəbər lenti

Ermənistan prezidenti Serj Sarkisyan ölkəsinin hərbləşdirilmiş dövlətəçevrilməsi barədə bəyanatdan narahat olmadığını bildirib.

Bu barədə Sərkisyan “Armeniya” telekanalına müsahibəsində deyib.

“Biz bunu etməyə məcburuq. Bir tərəfdən bizi Azərbaycandan zəif olmaqda ittiham edirlər, digər tərəfdən hərbləşməkdən danışırlar. Biz təhlükəsizlik məsələlərimizi həll etmək imkanı verəcək addımı atmağa məcburuq. Aprel (Aprel döyüşünü nəzərdə tutur-red) göstərdi ki, biz bundan artıq etməmişik”, – deyə Ermənistan prezidenti vurğulayıb. 
Hərbi xidmətdən möhlət hüququnun ləğv olunmasından danışan Sərkisyan zamanın dəyişdiyini vurğulayıb: “Zaman dəyişir, bizim hərəkətlərimizin məntiqi dəyişir. Möhlət hüququ ləğv olunmayıb, onun fəlsəfəsi, məntiqi dəyişilib”. (AzVision.az)




Ana səhifəyə qayıt        Baxış: 530          Tarix: 15-12-2017, 15:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma