Xəbər lenti

İran hakimiyyəti ötən ilin dekabrın 28-də başlayan və sürətlə ölkənin onlarla şəhərinə yayılan etiraz aksiyalarının başa çatdığını elan etsə də hakimiyyətə qarşı etirazlar ötən gün yanvarın 5-də də davam edib.

Virtualaz.org “Al Arabia” telekanalına istinadən xəbər verir ki ötən gün cümə namazıdan sonra bir çox şəhərlərdə “Şəhidlər üçün qəzəb günü” çağırışı altında nümayişlər keçirilib. Hökumət qaynaqları indiyə qədər toqquşmalarda ölənlərin sayının 22 nəfər (3-ü asayiş keşikçisi olmaqla) olduğunu bildirsə də müxalif qaynaqlar ölənlərin sayının 50-yə çatdığını bildirir.

Telekanal xəbər verir ki, ötən gün Təbrizdə də güclü təhlükəsizlik tədbirləri görülüb. Təhlükəsizlik qüvvələri “Traktorsazi” futbol klubunun oyunundan sonra azərbaycanlıların küçələrə çıxacağından ehtiya edib. Təbrizə giriş-çıxış məhdudlaşdırılıb, yollarda İnqilab Keşikçiləri Korpusunun qüvvələri blok-postlar qurub. Stadiona getmək istəyənləri polis saxlayıb və geri qaytarıb. Buna baxmayaraq stadionda on minlərlə azarkeşin hakimiyyət əleyhinə şüarlar səsləndirdiyi, “Bakı, Təbriz, Ankara” plakatları qaldırdıqları bildirilir.

Müxalif qaynaqlar indiyə qədər 3 mindən çox adamın həbs edildiyini bildirir. Hakimiyyət isə 1500 nəfərə yaxın həbs olunanı təsdiqləyib.




Ana səhifəyə qayıt        Baxış: 713          Tarix: 6-01-2018, 13:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma