Xəbər lenti

 

Tehranda bir neçə nəfər casusluqda ittiham olunaraq həbs edilib.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu Tehran prokuroru Abbas Cəfəri Dövlətabadi bu gün jurnalistlərə açıqlamasında deyib. İttihama görə, həbs olunan şəxslər elmi və ekoloji birgə layihə çərçivəsində ölkənin strateji sahələri haqqında məlumatlar toplayırmış.
Həbs olunan şəxslər hazırda Tehran prokurorluğuna təhvil verilib. Onların cinayət işi üzrə istintaq aparılır.
Prokuror saxlanılanların kimliyi və sayı ilə bağlı məlumat verməyib.




Ana səhifəyə qayıt        Baxış: 702          Tarix: 10-02-2018, 21:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma