Xəbər lenti

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin rayonunda davam etdirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 2222 nəfərə çatıb.

Bu barədə Türkiyə SQ Baş Qərargahı xəbər yayıb.

Məlumatda bildirilir ki, son sutka ərzində PYD, YPG və İŞİD terror təşkilatlarının 38 üzvü məhv edilib.

Əməliyyat müddətində Afrində 114 yaşayış məntəqəsi azad edilib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub/Trend.

 




Ana səhifəyə qayıt        Baxış: 750          Tarix: 1-03-2018, 16:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma