
"Sergey Lavrovun Rusiya XİN rəhbəri vəzifəsindən istefa verəcəyi barədə RTVI kanalının məlumatı dezinformasiyaya oxşayır".
Bu barədə Rusiya XİN təmsilçisi Mariya Zaxarova sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, kanal heç bir mənbəyə istinad etməyib: “Hesab edirəm ki, bu, hansısa formada feykdir. Ola bilsin qəsdən deyil, diqqətsizlikdəndir. Ancaq kim bilir?”.
Zaxarova qeyd edib ki, bu xəbər hazırlanarkən XİN-ə heç kim müraciət etməyib. Zaxarova özü kanalla əlaqə saxladıqda və bu məlumatın məhz Lavrovun doğum günündə yayılması səbəbi ilə maraqlandıqda məlum olub ki, telekanal ad günü barədə məlumatsızdır: “Qəribə vəziyyət yaranır: Lavrovun istefa edəcəyi barədə “gizli planı” haqda kanal bilir, amma hamıya açıq olan ad günü tarixindən xəbərsizdir”.
Qeyd edək ki, Sergey Lavrov 1950-ci il 21 martda doğulub. Ötən gün onun istefa verəcəyi barədə məlumat yayılıb/Axar.az.
Paylaş: