
Rusiya tərəfi Suriyaya “S-300” zenit-raket sistemlərinin tədarükünün mümkünlüyü məsələsinə qayıda bilər.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəhbəri, general-polkovnik Sergey Rudskoy bildirib.
“Bir neçə il əvvəl Qərb tərəfdaşlarımızdan bəzilərinin xahişini nəzərə alaraq Suriyaya “S-300″ zenit-raket sistemlərinin tədarükündən imtina etmişdik. Başverənləri nəzərə alaraq, bu məsələyə dönə biləcəyimizi hesab edirəm. Özü də yalnız Suriya yox, həm də digər ölkələrlə bağlı”, – S.Rudskoy deyib.
Qeyd edək ki, dünən gecə ABŞ Dumada kimyəvi silahdan istifadə iddiasının cavabında Suriya ərazilərinə raket zərbəsi endirib. Birləşmiş Ştatlara sonradan Böyük Britaniya və Fransa da qoşulub.
Paylaş: