Xəbər lenti

Ermənistan Silahlı Qüvvələrinin podpolkovniki tutulub.

“Report” Ermənistan KİV-nə istinadən xəbər verir ki, zabitin tutulması əməliyyatını ölkə Milli Təhlükəsizlik Xidməti ilə istintaq orqanlarının birgə əməliyyatı nəticədə həyata keçirib.

Cinayət işinin istintaqını Ermənistan İstintaq Komitəsinin Hərbi İstintaq Baş idarəsinin Xüsusi işlərin araşdırılması üzrə idarəsi aparır.

Zabit təhsillə əlaqədar möhlət hüququ verilən tələbələrin valideynlərindən yüksək məbləğdə rüşvət tələb edib.

Podpolkovnik artıq ifadə verib. İlkin istintaq davam edir.

 




Ana səhifəyə qayıt        Baxış: 791          Tarix: 14-04-2018, 17:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma