Rusiya Dövlət Dumasında Qərbin sanksiyaları ilə bağlı yeni qanun layihəsi hazırlanıb.
Strateq.az bildirir ki, qanun layihəsində qeyd olunur ki, Rusiyada sanksiyalara riayət edəcək şəxslər cinayət məsuliyyəti daşıyacaq. Sənəd cəza kimi 4 il azadlıqdan məhrum etmə, yaxud 600 min rubl cəriməni nəzərdə tutur. Məhdudlaşdırıcı tədbirlərdə vasitəçilik edən Rusiya vətəndaşları 3 il müddətində azadlıqdan məhrurm ediləcək, yaxud 500 min rubl cərimə olunacaq.
Qanun layihəsinin müəllifləri Federasiya Şurasının sədri Valentina Matvienko, Dövlət Dumasını sədri Volodin, birinci vitse-spikerlər Melnikov və Jukov, “Vahid Rusiya” fraksiyasının sədrinin birinci müavini İsaeevdir.
Dövlət Duması qanun layihəsini 17 mayda birinci oxunuşa çıxaracaq. Sonuncu oxunuş mayın 24-də olacaq. Qanun vətəndaşlara şamil olunacaq. Hüquqi şəxslər üçün onların inzibati məsuliyyətinə dair ayrıca qanun layihəsi hazırlanacaq
Paylaş: