Britaniya polisi hesab edir ki, keçmiş rusiyalı kəşfiyyatçı Sergei Skripal və qızı Yulianın Solsberi şəhərində zəhərlənmələrində iki adamın əli var.
Bu barədə Böyük Britaniyanın “The Sun” qəzeti məlumat yayıb. Məlumatda bildirilir ki, onlar Skripala hücumdan 1 gün sonra Böyük Britaniyanı tərk ediblər və hazırda Rusiyada ola bilərlər. Amma həmin şəxslərin adları çəkilmir.
Sergey Skripal və qızı Yuliya martın əvvəllərində Britaniyanın Solsberi şəhərində zəhərləniblər. London bəyan edib ki, bunun arxasında Rusiya durur. Amma Moskva ittihamı rədd edir. Onların küçmiş SSSR-I dövrümdə istifadə olunan hərbi “Noviçok” maaddəsi ilə zəhərləndikləri bildirilir.
Bu insidentdən sonra Britaniya ilə Rusiya arasında münasibətlər kəskin pisləşib, tərəflər qarşılıqlı qaydada diplomatları ölkədən xaric ediblər.
Həmçinin bir sıra Qərb dövlətləri yüzlərlə rusiyalı diplomatı ölkədən çıxarıb.
(Azadlıq.org)
Paylaş: