Ermənistanda 1 mart hadisələri zamanı tətbiq edilən zorakılıq haqqında əmri prezident yox, müdafiə naziri verib.
Bu sözlər Ermənistanın eks-prezidenti Robert Köçəryanın “Yerevan Tudey” qəzetinə verdiyi yazılı müsahibədə yer alıb. Onun sözlərinə görə, məhz Ermənistanın keçmiş müdafiə naziri Mikayıl Arutyunyan ordunun etirazçılar üzərinə yeridilməsi haqqında məxfi N0038 əmrini verib:
“Bu, daxili sənəddir və atılan addımlar müdafiə nazirinin səlahiyyətləri çərçivəsindədir. O zaman mövcud olan konstitusiyaya görə, icraedici hakimiyyət müdafiə və təhlükəsizlik sferasında siyasətin reallaşdırılmasını təmin edir, müdafiə naziri prezidentdən icazə almadan hərəkət etmək iqtidarına sahibdir. Müdafiə nazirini öz vəzifəsini yerinə yetirməkdə ittiham etmək absurddur”, – deyə o bildirib.
O, 1 mart hadisələri zamanı silah tətbiq edilmədiyini və ordu bölmələrinin xalqla toqquşmalarda iştirak etmədiyini deyib. Köçəryan həmçinin 2008-ci il seçkisindən sonra hərbçiləri siyasi proseslərdən uzaq tutmağa çalışdığını bildirib. Həmin ilin 23 fevralında silahlı qüvvələrin rəhbər heyəti ilə keçirdiyi görüşdən danışan Köçəryan bunun cəmi yarım saat davam etdiyini bildirib: “Ordu seçki sonrası proseslərə cəlb edilirdi. Mən ordunun siyasi proseslərə cəlb edilməsinin mümkünsüzlüyünü deyir və generallardan, o cümlədən Yerkrapa təşkilatının rəhbər heyətindən tələb edirdim ki, mövqelərini müəyyən etsinlər”.
Axar.az
Paylaş: