Xəbər lenti

ABŞ prezidenti Donald Tramp istənilən vaxt İran lideri Həsən Ruhani ilə şərtsiz görüşməyə hazır olduğunu deyib.

Bunu Ağ Evin başçısı bu haqda jurnalistlər qarşısında çıxışında bildirib.

“Mən bu görüşə inanıram. Əgər onlar bunu istəyərlərsə, mən şübhəsiz ki, İran rəhbərliyi ilə görüşərdim. Görüşlərin səmərəliliyinə inanıram. Onların təşəbbüslə çıxış etdiyi təqdirdə istənilən vaxt görüşməyə hazıram. Heç bir ilkin şərt olmadan. Amma mən əmin deyiləm ki, onlar buna hazırdır. İndi onlarda vəziyyət mürəkkəbdir”, – ABŞ prezidenti vurğulayıb/Publika.az.

 




Ana səhifəyə qayıt        Baxış: 457          Tarix: 31-07-2018, 11:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma