Xəbər lenti
Bu gün, 19:25

“Google” şirkəti ABŞ prezidenti Donald Trampın ittihamlarına cavab verib.

“Google” şirkətinin bəyanatında vurğulanır ki, saytda axtarış nəticələri hansısa siyasi ideologiyanın xeyrinə dəyişdirilmir: “Axtarış sistemindən siyasi gündəliyin müəyyənləşdirilməsi üçün istifadə olunmur”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp hesab edir ki, “Google” onun barəsində axtarış aparılan zaman ilk növbədə “yalançı KİV-lərin pis süjetləri”ni verməklə nəticələri “qarışdırır”.

Dövlət başçısı bildirib: “Başqa sözlə, onlar nəticələri həm mənim, həm də digərləri üçün qarışdırırlar. Yalançı CNN-ə yer verilir, qərəzsiz KİV-lər isə buraxılmır. Bu, qanunidirmi?”

ABŞ Prezidenti əlavə edib ki, “Google” və digərləri konservantların səsini boğur və yaxşı məlumatları gizlədir: “Bu, çox ciddi vəziyyətdir. Məsələyə baxılacaq”.

Teleqraf.com

 




Ana səhifəyə qayıt        Baxış: 434          Tarix: 29-08-2018, 12:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma