Xəbər lenti

Keçmiş prezident Serj Sarkisyanın və keçmiş baş nazir Karen Karapetyanın adları Respublikaçılar Partiyasının (RP) seçki siyahısında yoxdur.

Bunu RP Şurasının iclasından sonra jurnalistlərə açıqlama verən keçmiş müdafiə naziri Vigen Sarkisyan deyib.

V.Sarkisyan bir neçə saat davam edən iclasdan sonra verdiyi bəyanatda bildirib ki, Serj Sarkisyan və Karapetyan seçki yarışında iştirak etməyəcəklər: “Partiyanın seçki siyahısı artıq hazırdır, ancaq 14 noyabrda açıqlanacaq. Siyahıya mən rəhbərlik edirəm”. “Siyahını niyə elan etmirsiniz” sualına isə V.Sarkisyan belə cavab verib: “Ad günü olan gərək vaxtından əvvəl sevinməsin”.

Qeyd edək ki, Ermənistanda növbədənkənar seçki 9 dekabrda keçiriləcək. Seçki təbliğatına isə cəmi bir neçə gün – 26 noyabrdan 7 dekabra qədər vaxt ayrılıb.

 




Ana səhifəyə qayıt        Baxış: 516          Tarix: 12-11-2018, 12:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma