Xəbər lenti

 ABŞ astronavtı Enn Makleynin keçmiş həyat yoldaşı Sammer Uorden ABŞ Federal Ticarət Komissiyasına və NASA-nın baş müfəttişinə məktub göndərərək bank hesabının Beynəlxalq Kosmik Stansiyasında sındırıldığını bildirib.

“The New York Times” qəzetinin yazıdğına görə, bu, kosmosda işlədilən ilk cinayət sayıla bilər.

Yazıda E.Makleyn və S.Uordenin 2014-cü ildə evləndiyi qeyd olunub. 2018-ci ildə isə S.Uorden boşanmaq haqqında ərizə verib. Bir müddət keçdikdən sonra o, özünün bank hesabına icazəsiz şəkildə girildiyini fərq edib. 

Daha öncə ABŞ hava kəşfiyyatının zabiti olan S.Uorren bankdan həmin girişin cəhd olunduğu kompüterlərin lokalizasiyasını, yəni olduğu yerin təsbit olunmasını istəyib. Məlum olub ki, onların heç biri NASA-nın şəbəkəsində qeydə alınmayıb.

Enn Makleyn NASA-nın baş müfəttişinə verdiyi ifadəsində S.Uordenin bank hesabına onun icazəsi olmadan, evlilik zamanı hər ikisinin bildiyi kodla daxil olduğunu boynuna alıb. 

Lakin vəkilin iddiasına görə, qadın astronavtın əsl niyyəti keçmiş ərinin onların tək övladının məktəb xərclərini həqiqətən ödəyib-odəmədiyni öyrənməkmiş. Enn Makleynin nümayəndəsi müvəkkilinin hansısa qanun pozuntusu törətdiyini qəti surətdə qəbul etmədiyini və istintaqla fəal şəkildə əməkdaşlıq içində oluğunu söyləyib.

Enn Makleyn ABŞ Hərbi-hava qüvvələrinin polkovnikidir və NASA-nın bir çox mükafatına layiq görülmüş qiymətli kadr sayılır. Onun hesabında İraqda keçirdiyi 800 saatlıq döyüş uçuşu var. 2013-ci ildə o, NASA-ya təyinat alıb.

Bu il martın 29-da E.Makleyn və onun həmkarı Kristina Kuk açıq fəzaya çıxan ilk iki qadın astronavt olmaq üçün kosmosa uçmalı idilər. Lakin E.Makleyn üçün ölçülərinə uyğun skafandr tapılmadığına görə onun yerinə astronavt Nik Heyq kosmosda olub.




Ana səhifəyə qayıt        Baxış: 397          Tarix: 26-08-2019, 15:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma