Xəbər lenti

 

Bağdadda ötən gün axşam keçirilən etiraz aksiyaları zamanı azı 15 nəfər ölüb.

“Report” “Shafaq”a istinadən xəbər verir ki, “ifrat güc tətbiqi” səbəbindən paytaxtın şərq bölgəsindən bütün ordu hissələrini çıxararaq əvəzinə federal polis bölmələri yeritmək qərarı verilib.

Bununla yanaşı, qanun pozuntularına yol verən zabitlərin saxlanıldığı bildirilir.

Xatırladaq ki, oktyabrın 5-də ölkə boyu keçirilən etiraz aksiyaları zamanı 100 nəfərin öldürüldüyü, 4 minə yaxın şəxsin də xəsarət aldığı bildirilmişdi.




Ana səhifəyə qayıt        Baxış: 406          Tarix: 7-10-2019, 13:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma