Xəbər lenti

 

"Ermənistan əhalisinin gender tarazılığının pozulması orduya çağırışda müəyyən çətinliklərə gətirib çıxara bilər".

Bunu “Report”a rusiyalı ekspert, tarixçi Oleq Kuznetsov Ermənistanın müdafiə naziri David Tonoyanın qadınları hərbi xidmətə cəlb etmək qərarı barədə verdiyi bəyanatı şərh edərkən deyib.

“Özünü Avropa dəyərlərinə bağlı ölkə kimi qələmə verən Ermənistan hakimiyyəti qadınların hərbi xidmət keçməsi üçün hər hansı hüquqi və ya əxlaqi maneə görmür”, – rusiyalı ekspert deyib.

O, Ermənistandan kişilərin xaricə getməsi nəticəsində gender tarazılığının pozulması üzündən indidən hərbi çağırış sahəsində, yaxın gələcəkdə isə ordunu saxlamaq baxımından müəyyən çətinliklərin ortaya çıxmasını istisna etməyib.

Hazırda Ermənistanda yaradılan qaydaya görə çörəkpulu dalınca xaricə getmək istəyən hər kişinin hərbi xidmət keçməklə yanaşı, ən azı yarım il işğal etdikləri Azərbaycan ərazisində qulluq etmək məcburiyyətində olduğunu söyləyən O.Kuznetsov ermənilərin ölkədəki əmək bazarında güclü rəqabət üzündən xaricə getməkdən başqa çarələri qalmadığını dilə gətirib.

“Bu gün az qala feodal dövr səviyyəsindəki barter iqtisadiyyatının hökm sürdüyü Ermənistanda işçi qüvvəsinin bolluğu var. Buna baxmayaraq, müqavilə ilə hərbi xidmətə getməyə həvəs göstərən azdır. Bunun üç səbəbi var: can qorxusu, səhhətin zəifliyi, əqli zəiflik”. Belə olan halda bir çoxları özlərini və ailələrini dolandırmaq üçün xaricə üz tutmalı olur. Bu da çox təbiidir. Hətta ölkədə yaşayış şəraiti nisbətən düzəlsə belə, erməni kişilərin hərbi xidmətə getmək üçün növbəyə düzüləcəyi hələ müəmmalıdır”, - rusiyalı ekspert bildirib.




Ana səhifəyə qayıt        Baxış: 361          Tarix: 29-10-2019, 13:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma