Rusiya Prezidenti Vladimir Putin bir sıra nazirliklərin generallarını işdən azad edib.
"Yeni Sabah" RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədəd Putin sərəncam imzalayıb.
Sərəncamla işdən çıxarılan generalların siyahısı:
- Daxili İşlər Nazirliyinin Moskva Metropolitenində Baş İdarəsinin rəisi general Nikolay Savçenko;
- Daxili İşlər Nazirliyinin Krasnodar diyarı üzrə Baş İdarəsinin rəis müavini, daxili xidmət general-mayoru Vyaçeslav Bolqov;
- Daxili İşlər Nazirliyinin Voronej vilayəti üzrə Baş İdarəsinin müavini, ədliyyə general-mayoru Vyaçeslav Vorontsov;
- Daxili İşlər Nazirliyinin Kriminalistika Baş İdarəsinin rəis müavini general-mayor Sergey Ryabov;
- Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Sankt-Peterburq Universiteti üzrə rəhbəri, daxili xidmət general-leytenantı Eduard Çijikov.
Rusiya prezidentinin digər sərəncamı ilə bu generallar yeni vəzifələrə təyinat alıblar:
- Daxili didmət general-mayoru Vladimir Denejkin Yanğınsöndürmə İdarəsi rəisinin müavini - Fövqəladə Hallar Nazirliyinin Xüsusi İdarəsinin rəisi;
- Polis general-mayoru Leonid Kolomiyets, Daxili İşlər Nazirliyinin Tümen vilayəti üzrə İdarəsinin rəisi;
- Polis general-mayoru Aleksandr Pryadko, Daxili İşlər Nazirliyinin Arxangelsk vilayəti üzrə İdarəsinin rəisi.
Paylaş: