Ermənistanın Baş naziri Nikol Paşinyan ən çox ifşa olunmaqdan qorxur. İnsanlıqdan kənar, mənəvi dəyərləri olmayan bir kəs sadə kütləni idarə etmək bacarığı sayəsində krallıq qurdu, özü də taxta əyləşdi. Hamının gözünü yummağı bacardı. Sadə, gözütox, dürüst insan imicini yarada bildi.
Axar.az xəbər verir ki, bu barədə Ermənistanın Tert.am saytı yazıb.
Saytın yazdığına görə, məhs yuxarıda göstərilən “saf insan” mifi bu günə qədər Paşinyan və ailəsini dəbdəbəli hökumət evində saxlamağa və həyatdan zövq almağa kömək edir.
Ermənistan Milli Təhlükəsizlik Şurasının keçmiş direktoru ətrafındakı mövzuya toxunan sayt yazır ki, Vanetsyan çox şey bilir və Paşinyanı asanlıqla ifşa edə bilər.
“Vanetsyanın çox şey bilməsi Paşinyan üçün açıq təhlükədir. Əgər Milli Təhlükəsizlik Şurasının keçmiş direktoru danışsa və ya heç olmasa işdən ayrılma səbəbini dilə gətirsə, Paşinyan tərəfindən tikilmiş qum qalası bir dəqiqədən sonra yoxa çıxar. Krallıq batar", - deyə məqalə müəllifi yazır.
Paylaş: