Xəbər lenti

Türkiyənin mövqeyi və Prezident Rəcəb Tayyib Ərdoğanın Berlindəki sözləri ilə ziddiyyət təşkil edən rəftarından dolayı narahatam.

Axar.az xəbər verir ki, bunu Yunanıstan Baş naziri Kiriakos Miçotakisi Yelisey Sarayında qəbul edən Fransa Prezidenti Emmanuel Makron bildirib.

Şərqi Aralıq dənizindəki son proseslərə toxunan Makron Yunanıstan və Cənubi Kipr rəhbərliyini dəstəklədiyini vurğulayıb.

"Fransa və avropalı ortaqlarla Türkiyənin müdaxilələrini, provokasiyalarını, Liviya Milli Razılıq Hökuməti ilə Türkiyə arasında imzalanan müqaviləni müzakirə etdik və bunu şiddətlə qınayırıq", - Makron qeyd edib.

Makronun bu iddialarına cavab verən Türkiyə XİN rəsmisi Hami Aksoy bildirib ki, Paris Liviyadakı krizisə görə birbaşa məsuliyyət daşıyır:

“Makron Yunanıstan baş naziri ilə birgə keçirdiyi mətbuat konfransında bir daha öz qeyri-real ittihamlarını səsləndirməyə cəhd edib. Liviyada krizis 2011-ci ildən başlayıb ki, bunun da məsuliyyəti Fransanın üzərindədir. Heç kəsə sirr deyil ki, Paris Haftara qeyd-şərtsiz dəstəyi Liviyanın təbii resurslarına sahib olmaq üçün göstərir”.

Aksoy bildirib ki, Fransa da daxil olmaqla, bir sıra ölkələrin yardımı ilə Haftarın Liviyanın qanuni hökumətinə qarşı hərbi hücumu bu ölkənin ərazi bütövlüyü və suverenliyinə qarşı ən böyük təhdiddir.

“Berlin konfransında qəbul edildiyi kimi, siyasi həll prosesinin başlanması üçün daimi atəşkəs əldə edilməlidir. Əgər Fransa Berlin konfransının qərarına hörmət edirsə, ilk növbədə Haftara dəstəyi dayandırmalıdır”.




Ana səhifəyə qayıt        Baxış: 536          Tarix: 30-01-2020, 08:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma