Xəbər lenti
Bu gün, 17:20
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
Ermənistan tam yeni xarici siyasət konsepsiyası qurur.
Axar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib. O, Ermənistanın daha üçüncü növ ölkə statusu ilə barışmaq niyyətində olmadığını bildirib.
Paşinyan Ermənistanın artıq özünü fikri ilə hesablaşılmalı olan ölkə kimi göstərəcəyini deyib. Onun sözlərinə görə, hakimiyyət xarici tərəfdaşlarına hörmətlə yanaşır və onlardan analoji münasibət gözləyir:
“Biz döyülməməyimiz üçün başımızı əlimizlə örtmək, ya da cavab zərbələri endirmək istədiyimizə görə qərar qəbul etməliyik. Əlbəttə ki, biz konstruktiv və konfliktsiz münasibətlər qurmaq istəyirik, amma mən ikinci variantı seçmişəm. Yerdə qalan hər şey detallardır.
Diplomatik korpus hələlik yeni oyun qaydalarına tam adaptasiya olmayıb və bütün əməkdaşların heç də hamısı yanaşmalarımı qəbul etməyiblər. Amma diplomatların əhəmiyyətli hissəsi mənim mövqeyimizi qəbul edir”.
Lavrovun Qarabağ konfliktinin mərhələli həllə bağlı bəyanatına reaksiya verən Paşinyan Ermənistan və Azərbaycan liderlərindən heç kimin bu məsələdə dəqiq mövqe nümayiş etdirmədiyini deyib. O, konfliktin həllinin “Ermənistan, Qarabağ və Azərbaycan xalqları”nın hər biri üçün “qəbul edilən” olması gərəkdiyini bildirib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar