Xəbər lenti


Azərbaycan Respublikasının işğal atındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin “müdafiə naziri” adlanan general-mayor Calal Arutyunyan ad-soyadlı məxluq şənbə günü “hərbi şura”nın  iclasını keçirib. 

Moderator.az xəbər verir ki,  qanunsuz “müdafiə” qurumunun  saytının yaydığı məlumata görə, iclasda “döyüş hazırlığının səmərəliliyinin artırılması və video-müşahidə sistemlərinin təkmilləşdirilməsi, mühəndis təminatı, mərkəzləşdirilmiş ərazilərin müdafiəsi, hərbi hissələrin hərəkətinin təmin edilməsi və digər bu kimi mövzulara toxunulub. Gündəlikdəki bütün məsələlər də müzakirə edilib və bütün sahələrdə işin yaxşılaşdırılması yolları nəzərdən keçirilib.

Hərbi Şuranın iclasında «müdafiə ordusu”  komandan müavinləri, müvafiq kadr bölmələrinin rəisləri, hərbi hissələrin komandirləri və onların müavinləri iştirak ediblər.



Ana səhifəyə qayıt        Baxış: 2 964          Tarix: 7-06-2020, 23:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma