Xəbər lenti


Mətbuatda Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında koronavirusdan müalicə alan şəxslərin də istifadə etdiyi əşyaların xəstəxanın həyətinə atılması ilə bağlı görüntülər yayılıb. Eyni zamanda bildirilir ki, xəstəxanada yemək verilməsi üçün nəzərdə tutulan qablar və əşyalar sellofan kisələrə yığılaraq həyətə boşaldılıb və xəstəxana işçiləri bu addımın nə üçün atıldığını bilmir.

Modern.az məsələni dəqiqləşdirmək üçün Cəlilabad rayon İcra Hakimiyyəti ilə əlaqə yaradıb. İcra Hakimiyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Həsənova görüntülərin həqiqəti əks etdirmədiyini deyib:
"Bəlkə də yayılan görüntülər montajdır. Çünki xəstələrin istifadə etdiyi ləvazimatlar xüsusi tullantı yerinə xüsusi işçilər vasitəsilə göndərilir. Yəni mümkün deyil ki, həmin əşyalar çölə-bayıra atılsın".

Qeyd edək ki, koronavirusun əşya üzərində yaşama müddəti bir neçə saatdır və həqiqətən də bu əşyalar necə gəldi ətrafa boşaldılarsa, real təhlükə yarada bilər.



Ana səhifəyə qayıt        Baxış: 3 079          Tarix: 29-06-2020, 17:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma