Xəbər lenti


Rusiyanın Federal Kosmik Agentliyinin (“Roskosmos”) baş direktorunun müşaviri İvan Safronov NATO-nun xüsusi xidmətlərindən birinə işləməkdə şübhəli bilinir.
Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

Bildirilib ki, İ. Safronov NATO-nun xüsusi xidmətlərin birinin tapşırığı ilə Rusiya Federasiyasının hərbi-texniki əməkdaşlıq, müdafiə və təhlükəsizlik üzrə dövlət sirri daşıyan məlumatları toplayıb həmin qurumun nümayəndəsinə ötürüb.
Faktla bağlı dövlətə xəyanət maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Qeyd edək ki, bu gün “Roskosmos”un baş direktorunun informasiya siyasəti üzrə müşaviri, vaxtı ilə “Kommersant” və “Vedemosti” qəzetlərində jurnalist kimi çalışmış 1990-cı il təvəllüdlü İ. Safronov saxlanılıb/APA.



Ana səhifəyə qayıt        Baxış: 2 740          Tarix: 7-07-2020, 13:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma