Xəbər lenti


Moldova Prezidenti İqor Dodon prezident seçkilərində opponentləri qarşılıqlı hörmətə dəvət edib.

AZƏRTAC xəbər verir ki, Moldova dövlətinin fəaliyyətdə olan rəhbəri İqor Dodon sentyabrın 1-də keçirdiyi brifinqdə belə bir çağırışla çıxış edib.
O deyib: “Mən bütün namizədlərə müraciət edirəm, onları ədalətli olmağa çağırıram. İqtidar bu prezident seçkilərində demokratik, şəffaf prosesi təmin edəcək. Mən namizədlərə üz tuturam: bu, siyasi mübarizədir, gəlin, ədalətli olaq, qanunu pozmayaq”.

Prezident Moldovanın xarici tərəfdaşlarına da müraciət edərək “bu seçkilərin beynəlxalq standartlara uyğun olması üçün” öz müşahidəçilərini Moldova Respublikasına göndərmələrini xahiş edib.

Dodon ikinci müddətə prezident vəzifəsinə namizədliyini irəli sürüb-sürməyəcəyi barədə birmənalı bəyanat verməyib, lakin sosialistlər başqa namizəd nəzərdə tutmadıqlarını bildiriblər.

Moldovada prezident seçkiləri 2020-ci il noyabrın 1-də keçiriləcək. Hələlik “Fəaliyyət və həmrəylik” partiyasının sədri Mayya Sandu, “Platforma DA” partiyasının lideri Andrey Nestase, Liberal partiyasının sədri Dorin Kirtoake, Milli Birlik partiyasının lideri Oktavian Tsıku, “Naşa Partiya”nın sədri Renato Usate və Moldova Liberal Demokratik partiyasının namizədi Tudor Deliu bəyan edib.



Ana səhifəyə qayıt        Baxış: 2 467          Tarix: 1-09-2020, 18:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma