Xəbər lenti


Azərbaycan xalqı Ermənistan döyüşçüləri tərəfindən 30 ilə yaxın bundan əvvəl işğal edilmiş Qarabağ torpaqlarını azad etdi. Ermənistan erməni xalqının mənafeyinə əsla uyğun olmayan müharibədə məğlub oldu. Müharibə olmasaydı, dinc yolla, o cümlədən Qarabağda daha artıq nəticələr əldə etmək olardı. Azərbaycan bu müharibədə ədalətli qələbə qazandı. İkinci Qarabağ müharibəsində Azərbaycanın Böyük Qələbəsi bəşəriyyətin tarixini dəyişəcək.

Virtualaz.org bildirir ki, rusiyalı məşhur jurnalist və politoloq Maksim Şevçenko bu fikirləri dekabrın 11-də Bakıda, Azərbaycan ziyalıları və KİV nümayəndələri ilə görüşündə söyləyib. O, görüş iştirakçılarını Azərbaycanın Vətən Müharibəsindəki tarixi qələbəsi münasibətilə təbrik edərək, bunun insaniyyətin insanlıqdan kənar qüvvələr üzərində qələbəsi olduğunu deyib.

Onun sözlərinə görə, Qarabağda döyüş əməliyyatları aparılan 44 gün ərzində Azərbaycan Ordusu ən müasir silahlardan istifadə etməklə ən mürəkkəb məsələləri həll etməyə qabil olduğunu göstərib.

Rusiyalı jurnalist deyib: “Azərbaycan qoşunları onilliklər boyu ermənilər tərəfindən möhkəmləndirilmiş müdafiə xətti boyunca mövqe tutmağa nail oldu. Bu ordu ilə hesablaşmamaq olmaz”.

Məşhur politoloq vurğulayıb ki, problem özlüyündə həll edilib, “amma mənim fikrimcə, Qabrielyan kimi oliqarxların və digər şovinist təbliğatçıların sözlərindən belə çıxır ki, ermənilərin Böyük Tiqran dövrünə aid sərhədlər daxilində hansısa qlobal müqəddəs imperiyanı bərpa etmək iddialarına düşməsi problemi əsla həll edilməyib. Hesab edirəm ki, bu, erməni xalqının mənafelərinə uyğun deyil. Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, İran və digər dövlətlərlə qarşılıqlı faydalı mehriban qonşuluq münasibətləri erməni xalqının mənafeyinə uyğun olardı”.

Ekspert vurğulayıb ki, Rusiya Qarabağ məsələsinin nizamlanmasında mühüm rol oynayıb. O, Rusiya ilə Türkiyə arasında tarixi dostluq münasibətlərini də vurğulayaraq bildirib ki, Rusiya bu ölkə ilə münasibətlərə böyük əhəmiyyət verir. M.Şevçenko deyib: “Bu dostluğun əsası ötən əsrin iyirminci illərində, Türkiyəyə Mustafa Kamal Atatürk rəhbərlik edən dövrdə qoyulub”.

Maksim Şevçenko bu məsələdə nə üçün Azərbaycanın tərəfində olduğuna da aydınlıq gətirib:  “Niyə mən Azərbaycanın tərəfindəyəm? Çünki siz ədalətin tərəfindəsiniz!”.


Ana səhifəyə qayıt        Baxış: 3 161          Tarix: 11-12-2020, 20:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma