Xəbər lenti


Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan işgüzar səfərlə Rusiyaya yola düşüb. Bu, yeni təyin olunmuş müdafiə nazirinin Rusiyaya ilk səfəridir.

APA-nın "armeniasputnik.am" saytına istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin açılmasında deyilir.

Qeyd olunur ki, nazirin bir sıra rəsmi görüşləri planlaşdırılır. Moskvada o, Rusiyanın müdafiə naziri general Sergey Şoyqu və digər yüksək səviyyəli rəsmilərlə görüşəcək.

Xatırladaq ki, Ermənistan prezidenti noyabrın 20-də David Tonoyanın ölkənin müdafiə naziri vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb. Onu Vaqarşak Arutyunyan əvəzləyib.



Ana səhifəyə qayıt        Baxış: 3 096          Tarix: 12-12-2020, 18:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma