Xəbər lenti


Türkiyədə səfərdə olan Latviya baş nazirinin müavini və müdafiə naziri Artis Pabriks İstanbulda “Baykar” pilotsuz uçuş aparatlarının araşdırılması və istehsalı mərkəzini ziyarət edib.

Axar.az xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb.

Şirkətin baş direktoru Haluk Bayraqdar Latviya nümayəndə heyətini pilotsuz uçuş aparatlarının yaradılması mərhələsi ilə tanış edib.
“Baykar” müəssisəsində Latviya müdafiə naziri və onu müşayiət edənləri qəbul etmək bizim üçün xoş oldu”, - Bayraqdar Tvitter səhifəsində bildirib.

Latviya müdafiə naziri də Tvitterdə “Baykar” müəssisəsinə səfəri ilə bağlı yazıb:

“Türkiyə hərbi sənaye kompleksinin məhsulları dünya standartlarına yüksək səviyyədə cavab verir. NATO müttəfiqi Türkiyə ilə əlaqələrə dəyər veririk. Sizə uğurlar arzulayıram”.

Daha sonra “Baykar”və Haluk Bayraqdarın tvitlərini paylaşan Pabriks, “Tez bir zamanda ümid edirəm”, - yazıb.



Ana səhifəyə qayıt        Baxış: 3 375          Tarix: 7-06-2021, 22:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma