Xəbər lenti

“Bu səhər tarixə düşdü. Rusiya ilə diplomatik əlaqələr kəsilib”.

“Report” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində deyib.

“Hər birimiz müstəqilliyimiz üçün çalışırq. Dövlətinizi qorumaq üçün hazır olun. Moskva nə düşünürsə düşünsün, ukraynalılar öz torpaqlarında yaşamaq hüququna malikdir. Bu gündən etibarən Ukrayna dünya tarixində yerini tapdı. Rusiya xalqı seçim qarşısındadır. İstəyən müharibəyə etiraz edə bilərlər”, - o bildirib.

Ukraynanın Xarkov şəhəri yaxınlığında Rusiya ordusunun 4 tankı məhv edilib.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Düşmən itki verir”, - məlumatda vurğulanıb.

Bundan başqa, Ukrayna Müdafiə Nazirliyi indiyədək 6 düşmən təyyarəsini zərərsizləşdirdiyini açıqlayıb.



Ana səhifəyə qayıt        Baxış: 3 919          Tarix: 24-02-2022, 13:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma