Xəbər lenti

Ukrayna Silahlı Qüvvələrinin AN-26 nəqliyyat təyyarəsi Kiyev vilayətində vurulub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Vəziyyət üzrə Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində 5 nəfər həlak olub.

Odessa vilayətinin Podolsk rayonunda yerləşən hərbi hissəyə endirilmiş zərbə nəticəsində 18 nəfər – 8 kişi və 10 qadın ölüb.

“Report” UNİAN-a istinadən xəbər verir ki, bu barədə Odessa Vilayəti Dövlət Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Dağıntılar altından çıxarılmış 6 nəfər xəstəxanaya yerləşdirilib.

Rusiyanın Ukraynada hərbi əməliyyatlarının davam etdiyi dövrdə ölkədə dağıntılar və qurbanlarla bağlı yeni-yeni görüntülər yayılır.


Budəfəki kadrlar Herson vilayətinin Qeniçesk şəhərindəndir. Videoda Azov dənizi üzərindən keçən körpünün bir hissəsinin uçduğu görünür. Onun raket hücumu nəticəsində dağıldığı deyilir.

Görüntülərdə dənizin içində batan avtomobillər də əks olunub. Maşınların içərisində insanların olduğu vurğulanıb.



Ana səhifəyə qayıt        Baxış: 3 392          Tarix: 24-02-2022, 16:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma