Birləşmiş Millətlər Təşkilatı ABŞ-ın BMT-dəki Daimi Nümayəndəliyinə nota verib.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı Birləşmiş Millətlər Təşkilatının (BMT) sözçüsü Stefan Düjarrik açıqlayıb.
Onun sözlərinə görə, ABŞ-a nota verilməsinə səbəb Pentaqonun internetə sızdırılan məxfi sənədlərində BMT-nin baş katibi Antonio Quterreş və digər yüksək səviyyəli rəsmilərin kommunikasiya trafikinin izləndiyi barədə məlumatların yer almasıdır.
“Biz ev sahibi ölkəyə Baş Katib və digər yüksək səviyyəli BMT rəsmilərinin kommunikasiya trafikinin ABŞ tərəfindən ələ keçirilməsindən narahat olduğumuzu rəsmi şəkildə bildirdik" - Düjarrik deyib.
Pentaqona aid sızdırılan sənədlərdən aydın olur ki, ABŞ BMT-nin baş katibi Quterreş və onun müavini Əminə Məhəmmədi yaxından izləyib, telefon zənglərini dinləyib.
Paylaş: