ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Alyaska və Kentukki ştatlarında hərbi vertolyotun qəzaya uğraması nəticəsində 12 əsgərin həlak olmasından sonra kritik missiyaları olmayan hərbi helikopterlərin uçuşlarını müvəqqəti olaraq dayandırıb.
Musavat.com xəbər verir ki, bu barədə ABŞ ordusunun komandanı Ceyms Makkonvil bildirib.
O, verdiyi açıqlamada itirdiklərə görə çox kədərləndiklərini ifadə edib: "Məhz onların itkisi bizim təhlükəsizlik prosedurlarımızı, təlim protokollarımızı nəzərdən keçirməyi və ən yüksək təhlükəsizlik səviyyəsində işləməyimizə əmin olmağımızı daha da vacib edir".
Makkonvil ordu pilotları və ekipajların verilən tapşırığı yerinə yetirmək üçün təhlükəsizlik və təlim protokollarına diqqət yetirəcəklərini vurğulayıb: "Qərar lazımi təhsili tamamlayana qədər kritik missiyalarda iştirak edənlər istisna olmaqla, bütün ordu təyyarəçilərini əhatə edir".
Polkovnik-leytenant Terens Kelli hava əməliyyatlarının dayandırılması əmrinin artıq qüvvəyə mindiyini bildirib. Müvafiq olaraq, 1-5 may tarixləri arasında fəal pilotlar üçün əlavə təlimlər keçiriləcək.
Qeyd edək ki, dünən ABŞ-ın Alyaska əyalətində 2 "Apache" helikopterinin toqquşması nəticəsində baş verən qəzada 3 əsgər həlak olub. Martın 20-də Kentukki ştatında 2 "Black Hawk" helikopterinin iştirakı ilə baş verən qəzada isə 9 əsgər həyatını itirib.
Paylaş: