Xəbər lenti

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Türkmənistan Hökuməti arasında gömrük əməkdaşlığı üzrə Birgə Məşvərət Komissiyasının yaradılmasına dair Anlaşma Memorandumu”nu təsdiq edib.

Oxu.Az-ın məlumatına görə, bu barədə qərar “Resmi gazete”də dərc olunub.

Anlaşma Memorandumuna əsasən, tərəflər bu sahədə münasibətlərin təkmilləşdirilməsi məqsədilə gömrük əməkdaşlığı üzrə birgə məşvərət komissiyası yaradacaq və məlumat mübadiləsi aparacaqlar.

Qeyd edək ki, müvafiq sənədi aprelin 27-də Azərbaycan Prezidenti İlham Əliyev də təsdiqləyib. Fərmana əsasən, Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Dövlət Gömrük Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.





Ana səhifəyə qayıt        Baxış: 2 881          Tarix: 9-05-2023, 15:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma