Xəbər lenti

“KİV vasitəsilə qarşılıqlı əlaqə Rusiya və Azərbaycan arasında ikitərəfli əməkdaşlığın ümumi kompleksinin mühüm hissəsidir”.

“Report”un Moskvaya ezam olmuş əməkdaşı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib.

“Media vasitəsilə dialoq son dərəcə vacib və faydalıdır. Media vasitəsilə qarşılıqlı əlaqə ikitərəfli münasibətlərimizin ümumi kompleksinin mühüm tərkib hissəsidir. Ümid edirik ki, bu, davam edəcək və genişlənəcək”, - D.Peskov “Rusiya-Azərbaycan: media əməkdaşlığının aktual problemləri” mövzusunda keçirilən dəyirmi masanı şərh edərkən vurğulayıb.




Ana səhifəyə qayıt        Baxış: 4 591          Tarix: 23-05-2023, 18:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma