Xəbər lenti

Rusiya Prezidenti Vladimir Putin Çinə səfər edəcək.

“Report” ABŞ-ın “Blommberg” nəşrinə istinadən xəbər verir ki, bu barədə adının açıqlanmasını istəməyən üç müxtəlif mənbə məlumat verib.

Bildirilib ki, V Putin oktyabrda keçiriləcək “Bir kəmər, bir yol” forumunda iştirak etmək üçün Çinə gedəcək.

O, Çin Xalq Respublikasının sədri Si Cinpinin dəvətini qəbul edib.

Qeyd edilib ki, bu, V.Putinin Beynəlxalq Cinayət Məhkəməsinin barəsində həbs qərarı çıxarmasından sonra ilk xarici səfəri olacaq.

Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsi bu ilin mart ayında Putin barəsində həbs qərarı çıxarıb.




Ana səhifəyə qayıt        Baxış: 3 749          Tarix: 29-08-2023, 17:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma