Xəbər lenti

Norveçin Baş naziri Yonas Qar Stere İsrailə səfər etmək niyyətində olub, lakin siyasi səbəblərdən onun ölkəyə girişinə icazə verilməyib.

Oxu.Az xəbər verir ki, bu barədə "Dagens Naeringsliv" qəzeti mənbələrə istinadla yazıb.

Bildirilir ki, baş nazir rədd cavabını ötən ay alıb. İsrail hökuməti bu səfəri "qeyri-münasib və ya arzuolunmaz" hesab edib.

Qəzet yazır ki, İsrail-Norveç münasibətlərində soyuqluq 2023-cü il oktyabrın 7-də Fələstinin radikal HƏMAS hərəkatı döyüşçülərinin Qəzza zolağından İsrail ərazisinə soxulmasından və Yaxın Şərqdə vəziyyətin gərginləşməsindən sonra yaranıb. Nəşrə görə, Norveçin Beynəlxalq Cinayət Məhkəməsinin Netanyahunun həbsinə dair qərarını dəstəkləməsi, Oslonun Fələstinin müstəqilliyini tanıması, habelə Norveç Dövlət Pensiya Fondunun İsrailin bir sıra şirkətlərindəki paylarından azad olması mümkün səbəblər arasındadır.




Ana səhifəyə qayıt        Baxış: 2 270          Tarix: Bu gün, 15:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma