Zəlzələ Meksikada 5 nəfərin ölümünə səbəb olub.
Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bu haqda ölkə prezidenti Enrike Penya Nyetonu bildirib.
Prezident zəlzələnin ölkə tarixində son 100 ilin ən güclü zəlzələsi olduğunu bildirib.
“İlkin məlumatlara görə, zəlzələ nəticəsində beş insan həlak olub, maddi ziyan dəyib”, - o, mətbuat konfransında deyib.
Qvatemalada isə 1 nəfər həlak olduğu xəbər verilir.
***
Meksikanın cənub sahillərində Rixter cədvəli üzrə 8,1 bal gücündə zəlzələ baş verib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, Sakit okeanında baş verən zəlzələ yüzlərlə kilometr uzaqlıqda olan Meksikanın paytaxtı Mexikoda böyük çaxnaşma yaradıb.
Ölkə daxilində həyəcan siqnalları verilib və bəzi yerlərdə elektrik enerjisi kəsilib.
Zəlzələnin episentri 33 kilometr dərinlikdə yerləşib. “Pacific Tsunami Alert” Mərkəzi zəlzələdən sonra Meksika, Honduras, Ekvador, Qvatemala, Nikaraqua və Panama üçün sunami xəbərdarlığı edib. Sunami dalğalarının üç saat içində sahilə çatacağı gözlənilir.
Amerika Geologiya Xidmətinin (USGS) dərc etdiyi zəlzələ xəritəsinə görə, zəlzələ Meksika ilə yanaşı, Qvatemala, Honduras, Nikaraqua və El-Salvadorda hiss olunub.
“Röyters” agentliyi zəlzələnin 1985-ci ildən bu yana bölgədəki ən böyük yeraltı təkan olduğunu bildirib. 1985-ci ildə baş verən zəlzələ, minlərlə insanın ölümünə və binaların dağılmasına səbəb olmuşdu.
Paylaş: