Xəbər lenti

   ABŞ və Türkiyə liderləri Donald Tramp və Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək 72-ci sessiyasında şəxsi görüş keçirmək barədə razılığa gəliblər.

"Report" "Anadolu" nəşrinə istinadəb xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyasındakı mənbə məlumat yayıb.

Onun sözlərinə görə, müvafiq razılaşma bazar günü telefon danışığı zamanı əldə olunub.

Bundan əlavə, tərəflər Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər. Türkiyə lideri həmçinin iki ölkənin strateji əməkdaşlığı çərçivəsində regional təhlükəsizliyin möhkəmləndirilməsi üzrə tədbirlər görülməsinin vacibliyini vurğulayıb.




Ana səhifəyə qayıt        Baxış: 975          Tarix: 10-09-2017, 07:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma