ABŞ-ın "Rusiyanın müdaxiləsi" istintaqına dair xüsusi prokuroru Robert Müller prezident Donald Trampın dövlət başçısı fəaliyyəti dövründə bir sıra addımları ilə bağlı Ağ Evdən sənədlər istəyib.
"Report" xəbər verir ki, bu barədə "The New York Times" öz mənbələrinə istinadən xəbər yayıb.
Qeyd olunur ki, son bir neçə həftə ərzində Müller 13 istiqamət üzrə müraciət ünvanlayıb. Müraciətlərə əsasən, istintaqçılara əlavə məlumat lazımdır.
Bir müddət sonra istintaq üçün faydalı ola biləcək sənədlərə dair daha bir neçə müraciət ünvanlanıb. Müraciətlərdən biri Federl Təhqiqat Bürosunun (FTB) direktoru Ceyms Kominin istefasının ertəsi günü Oval kabinetdə Donald Tramp ilə rusiyalı nümayəndə arasında keçirilən görüş barədədir.
Həmin gün Tramp Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Rusiyanın ABŞ-dakı o zamankı səfiri Sergey Kislyak və diqər rəsmi şəxslərlə görüşüb.
Xüsusi prokuror ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Maykl Flinin istefasının təfərrüatları barədə də sənədlər üçün müraciət edib.
Paylaş: