Xəbər lenti

 Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Ankara Milli Kitabxanasından Şah İsmayıl Xətainin və onun oğlu I Şah Təhmasibin ana dilində yazdığı şeirləri aşkar edib.

 Kulis.az-ın verdiyi xəbərə görə, Xətainin Ankara Milli Kitabxanasındakı "Əlyazma" məcmuəsindən tapılmış “Şah Xətai” başlığı ilə olan əsərləri qəzəl və qoşma janrlarında yazılıb.

 Aşkar edilmiş ana dilindəki yeni qəzəldə I Şah Təhmasib Osmanlı imperatoru Sultan Süleymanın qoşunlarının 1534-cü ildə Səfəvilər dövlətinə uğursuz yürüşündən bəhs edir, rəqibin məğlubiyyətini özünün müqəddəs nəsildən olması ilə izah edir.

 Sözügedən məcmuədə Sultan Süleymanın bu şeirə nəzirə olaraq yazdığı cavab da əksini tapıb.

 




Ana səhifəyə qayıt        Baxış: 1 171          Tarix: 14-11-2017, 09:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma