Təhsil Nazirliyi bir ali məktəbdən digər ali məktəbə köçürülən tələbələrin təhsil haqqının ödənişi ilə bağlı bəzi məsələlərə aydınlıq gətirib.
Trend-in məlumatına görə, Təhsil Nazirliyinin (TN) Ali və orta ixtisas şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov deyib ki, köçürülən tələbə tədris ilinin yarım ili üzrə təhsil haqqını ödəyibsə, o, ikinci yarım il üzrə təhsil haqqı ödəməməlidir:
"Çünki o, artıq bir ali təhsil müəssisəsindən digərinə köçürülmək üçün müraciət edir. Tələbə ikinci yarımildə başqa bir ali məktəbdə oxuyacaqsa, orada da ondan 2-ci yarım ül üzrə təhsil haqqı istəyəcəklər. Buna görə də tələbənin təhsil almadığı dövr üçün təhsil haqqı ödəməsi absurddur. Tələbələr də bilməlidirlər ki, əgər köçürülmə üçün www.transfer.edu..az saytına müraciət edibsə, o, növbəti yarım il üçün ödəniş etməməlidir. Əgər köçürülməyəcəksə, təbii ki, oxuduğu ali məktəbdə təhsil haqqını ödəməli olacaq".
S.Gözəlov qeyd edib ki, bu qaydalar bütün ali təhsil müəssisələri üçün eynidir.
Paylaş: