Xəbər lenti

 

Professor Sabirə Dünyamalıyeva nə üçün namazı ibadət hesab etmir? Dəstəmazsız namaz qılmaq olarmı? Çox dua etmək namazı əvəz edirmi? Allah niyə ayədə insanı bitki kimi bitirdiyini buyurur? Namazı Azərbaycan dilində qılmaq olarmı?
 
"Mən "Qurani-Kərim"in Azərbaycan, rus və türk dillərinə olan bir çox tərcümələrini oxumuşam. Oxuduqca qarşıma cavabsız suallar çıxırdı. Tərcümələr məni qane etmirdi. Suallarıma cavab tapa bilmirdim. Odur ki, dini özüm araşdırmağa başladım. 9 ilə yaxındır bu sahədə araşdırma aparıram".
 
APA TV-nin məlumatına görə, bunu sənətşünaslıq üzrə elmlər doktoru, professor Sabirə Dünyamalıyeva “Yaşıl orta” verilişində deyib. Quran həqiqətlərinin müzakirə olunduğu verilişdə ilahiyyatçı Ceyhun Şükürov da iştirak edib. Hər iki qonaq mövzu ilə bağlı fikirlərini bölüşüb. S. Dünyamalıyeva bildirib ki, namaz ibadət deyil, Allaha yalvarmaqdı: “ İbadət  salaatı iqamə etməkdir, yəni paylaşmaq, yardımlaşmaq, bir-birinə dəstək olmaq, bir-birinin problemlərinin həllinə cəhd etmək, çalışmaqdır. Deməli, bizim gündə 5 dəfə qıldığımız namaz ibadət deyil.  Salaat sözü əsrlərdir, öz anlamından başqa bir mənada –“namaz” olaraq anlaşılıb. Halbuki gerçək mənası çətinliklərə maddi və zehni yöndən dəstək olmaq, problemlərin çözümünü boynuna götürməkdir, yardım etməkdir.  Bura  sadəcə fərdi deyil, cəmiyyətin üzləşdiyi çətinliklər aiddir”.
 
S. Dünyamaliyevanın sözlərinə görə gündə 5 dəfə qılınan namaz salaatın şərtlərini ödəmir: “ Namaz Allaha yalvarmaqdır, dua etməkdir. Amma bu qaydası olan duadır. Bu barədə ayələrdə bəhs olunur. Buyrulur ki, Allaha alçala-alçala dua edin. Namazın rüku, səcdə kimi qaydalarına əməl etmək lazımdır. Amma mən düşünürəm ki, namazı ərəb dilində deyil, elə öz dilimizdə qılmalıyıq. Çünki Allah bizi kim olaraq yaratdığını bilir. Mən namaz qılan zaman ayələri ərəbcə deyil, dilimizə olan tərcüməsini deyirəm. Allahla Azərbaycan dilində dialoq qururam”.
 
İlahiyyatçı Ceyhun Şükürov isə S.Dünyamalıyevanın fikirləri ilə razılaşmayıb. O bildirib ki, namaz ibadətdi və ayələrdə keçən salaat sözü elə namaz deməkdi: “ Ayələri doğru anlamaq üçün ərəb dilini bilmək önəmlidir. Ərəb dilində salaat deyiləndə elə namaz başa düşülür. Hətta ərəb dilinin söz lüğətində də “salaat”ın mənası kimi namaz qeyd olunur. Bir ərəb öz dilində bu sözü namaz kimi başa düşürsə, necə belə olmadığını iddia etmək olar? Bu cür fikirlər əsası olmayan düşüncələrdi. Namaz ibadətdi və ancaq ərəb dilində qılınmalıdı.  Müsəlmanın ən gözəl örnəyi Allah rəsuludur. Peyğəmbərimiz necə namaz qılırdısa, bu günkü müsəlmanlar da o cür ibadət etməlidi. Amma duanı hərə öz dilində edə bilər”.
C. Şükürov  qeyd edib ki, dəstəmazsız namaz qılmaq olmaz: “ Bu barədə ayə var. Namaz qılmaq istəyən müsəlman mütləq dəstəmaz almalıdı. Dəstəmazın qaydaları və şərtləri haqda qaynaqlarda məlumat verilir”. 



Ana səhifəyə qayıt        Baxış: 1 808          Tarix: 19-05-2017, 15:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma