Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu 5 tamaşa nümayiş olunacaq.
Ovqat.com bildirir ki, teatrdan Ailem.az-a verilən məlumata görə, 26, 27, 28 mayda saat 12.00 və 19.00-da “Qafqazlı qardaşqızı” (R. Hacıyev), “Qızıl cücə” (V. Ulanovski, V. Orlov), “Toya bir gün qalmış” (Ə. Səmədli), “Qırmızı papaq” (E. Sabitoğlu, Y. Şvarts), “Amerikalı kürəkən” (R. Mirişli, M. Haqverdiyev) tamaşaları təqdim ediləcək.
Tamaşaçılar nümayiş olunacaq bu səhnə əsərlərində xalq artistləri Afaq Bəşirqızı, İlham Namiq Kamal, Fatma Mahmudova, əməkdar artistlər Novruz Qartal, Səmayə Musayeva, Svetlana Bulax, Boris Qrafkin və başqalarının ifalarını izləyə biləcəklər.
Qeyd edək ki, Musiqili Teatr bu həftə də rusdilli və balaca tamaşaçılarını unutmayıb. Belə ki, 26 may tarixində saat 19.00-da R. Hacıyevin “Qafqazlı qardaşqızı” əsəri böyüklər, 27 may tarixində saat 12.00-da V. Ulanovski, V. Orlovun “Qızıl cücə” nağıl-tamaşası uşaqlar üçün rus dilində nümayiş olunacaq. Həmçinin E. Sabitoğlu, Y. Şvartsın “Qırmızı papaq” (C. Məmmədovun tərcüməsində) əsəri 28 may tarixində saat 12.00-da Azərbaycan dilində balaca tamaşaçılara təqdim olunacaq.
6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə etmək olar.
Paylaş: