Azərbaycan mədəniyyətinə ağır itki üz verib.
Oxu.Az xəbər verir ki, Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi, Xalq rəssamı, Prezidentin fərdi təqaüdçüsü Tahir Tahirov vəfat edib.
Bununla bağlı teatrşünas-tənqidçi Anar Burcəliyev sosial şəbəkədə məlumat paylaşıb.
Qeyd edək ki, Tahir Tahirov 1948-ci ildə Bakı şəhərində anadan olub. 30 may 2002-ci ildə əməkdar rəssam, 25 iyun 2013-cü ildə xalq rəssamı adına layiq görülüb. T.Tahirov Opera və Balet Teatrının səhnəsində F.Əmirovun “Sevil”, “Min bir gecə”, “Nizami”, C.Verdinin “Travita” operalarına, Donisettinin “Arlekinada”, P.İ.Çaykovskinin “Romeo və Cülyetta”, T.Bakıxanovun “Xəzər balladası”, X.Mirzəzadənin “Ağ və Qara”, Q.Qarayevin “Leyli və Məcnun”, “Don Kixot” baletlərinin səhnə tərtibatının və geyim eskizlərinin müəllifidir. T.Tahirov bir çox dövlət əhəmiyyətli tədbirlərin quruluşçu rəssamı olmuşdur. Onların sırasında Qanlı Yanvar hadisələrinin ildönümü, M.Dilbazi, S.Vurğun, Ə.Əliyev, Füzuli, Prezidentin and içmə mərasimi və başqaları var.
Paylaş: