Xəbər lenti

 

Azərbaycanlı rəssamların əl işləri Parisin Luvr muzeyinin Karusel salonunda nümayiş etdirilir.

“Report”un Fransa bürosu məlumat verir ki, “Art Shopping” beynəlxalq müasir incəsənət sərgisində azərbaycanlı rəssamlar Əsmər Nərimanbəyova, Əli Şəmsi, Mehri Qulyeva, Sahib Əsədlinin əsərləri nümayiş olunur.

Beynəlxalq sərgidə professional rəssamlarımızla yanaşı Clouds by Muna art-studiya və təhsil mərkəzinin balaca rəssamlarının da əsərləri sərgilənir.

Milli ruhumuz, qədim və keşməkeşli tariximiz, ənənələrimiz əks onunan bu rəsm əsərlərləri böyük maraqla qarşılanıb.“Art Shopping” beynəlxalq müasir incəsənət sərgisi oktyabrın 20-dək davam edəcək. 




Ana səhifəyə qayıt        Baxış: 567          Tarix: 19-10-2019, 08:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma