Xəbər lenti

 

İyulun 22-də Milli Mətbuat günü ilə əlaqədar olaraq "Yeni dalğa" adlı ədəbi qəzet xüsusi buraxılışla ictimaiyyətə təqdim olunub.
Bir sıra tanınmış ictimaiyyət və media nümayəndələrinin iştirakı ilə Azərkitab Kitab Mərkəzində qəzetin təqdimatı keçirilib.
Tədbir iştirakçılarından Xan Rəsuloğlu, Faiq Balabəyli, Namiq Hacıheydərli və başqaları çıxış edərək Azərbaycan mətbuatından söz açıb, qəzetin redaksiya heyətinə tövsiyə və təkliflərini vermişdir. Eyni zamanda gənc yazarlardan İntiqam Yaşar, Dinməz Türk və digərləri qəzet haqqında fikirlərini bölüşüb.
Qeyd olundu ki, qəzetin yayına başlamasının başlıca məqsədi ədəbi mühitdə bədii estetik zövqün formalaşması, dünya ədəbiyyatı və mövcud ədəbi prosesi ilə ədəbi ictimaiyyətin arasında körpü yaratmaq, baş verən hadisələri sizlərə çatdırmaqdır. Eyni zamanda bu istiqamətdə yeni ciddi imzaları- istedadları üzə çıxarıb ölkə və dünya çapına təqdim etməkdi.
"Yeni dalğa"nın ilk sayında yerli ədəbiyyatımızdan Mövlud Süleymanlının ( Şapkamı geyinən) hekayəsi, Əlisəmid Kürün, Aqşin Yeniseyin və Esmira Məhiqızının silsilə şeirləri, Musa Yaqubla müsahibəsi, eyni zamanda xarici ədəbiyyatdan Umberto Ekonun "Manifest"ləri; Orhan Pamukdan, Çarlz Bukoviskidən, Murat Menteşdən, Pol Valeridən, Şarl Bodlerdən (Salam Sarvanın, Tural Turanın, Ümid Nəccarinin təqdimatında) tərcümələr yer almışdı. Qəzet ayda bir dəfə sizlərlə görüşə gələcək.

"Yeni dalğa" qəzetinin redaksiya heyəti:

Təsisçi: Tural TURAN

Baş redaktor: Emil RASİMOĞLU

Baş redaktorun müavini: Fuad CƏFƏRLİ

Korrektor: Şəfaqət CƏVANŞİRZADƏ


Bölmə redaktorları:

Rübabə Sahib

Seyran İSMAYIL

Çinarə ÖMRAY

Ümid NƏCCARİ

   




Ana səhifəyə qayıt        Baxış: 1 407          Tarix: 25-07-2017, 06:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma