Xəbər lenti

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) boş qalan plan yerlərinə qəbul olunanlar bu gündən etibarən tələb olunan sənədləri təqdim etməklə qəbul olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. 

Dövlət İmtahan Mərkəzindən "Report"a verilən məlumata görə, sentyabrın 13‑dək abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər.

Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcək.

 




Ana səhifəyə qayıt        Baxış: 666          Tarix: 8-09-2017, 14:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma